“Xalqımızın xilaskarı, müasir, müstəqil Azərbaycan dövlətinin banisi”

Oktyabrın 19-da Qəbələ Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Qəbələ rayon təşkilatının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar “Xalqımızın xilaskarı, müasir, müstəqil Azərbaycan dövlətinin banisi” mövzusunda tədbir keçirilib.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, rayon icra hakimiyyətindən bildirilib ki, tədbir iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin abidəsini və şəhidlərin xatirəsinə ucaldılmış Şəhidlər xiyabanı kompleksini ziyarət ediblər.

Qəbələ rayon Mədəniyyət Mərkəzində davam edən tədbirdə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra Ümummilli Liderin həyat yolunu əks etdirən film nümayiş etdirilib.

Tədbirdə çıxış edən YAP Qəbələ Rayon Təşkilatının sədri Abil Ağasəfov təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Yeni Azərbaycan Partiyasının keçdiyi uğurlu inkişaf yolundan danışıb.

Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev çıxış edərək, Ümummilli Lider Heydər Əliyevin banisi olduğu Yeni Azərbaycan Partiyasının yarandığı gündən böyük ictimai dəyərlərin daşıyıcısı olduğunu, Prezident, partiyanın Sədri İlham Əliyevin yorulmaz, fədakar fəaliyyəti sayəsində ölkə iqtisadiyyatının inkişaf etdiyini, dayanıqlı əsaslara söykənən xalq-iqtidar birliyinin yarandığnı qeyd edib.

YAP İdarə Heyətinin üzvü Samir Cəfərov və Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsən çıxışlarında Azərbaycanın dövlətçilik tarixinin çox mühüm mərhələsinin dünyaşöhrətli siyasətçi, böyük dövlət xadimi Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edib, dahi şəxsiyyətin müqəddəs amallar uğrunda müstəsna fəaliyyət göstərdiyini bildiriblər.

Tədbirdə, həmçinin YAP Qəbələ rayon təşkilatının fəalları çıxış ediblər.

Sonda YAP fəallarına rayon icra hakimiyyətinin fəxri fərmanı və partiya sıralarına yeni qəbul olunmuş bir qrup şəxsə partiyanın üzvlük vəsiqəsi təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə