"Azərbaycan bəlkə də yeganə dövlətlərdəndir ki,.." - Vazeh Əsgərov

"Heydər Əliyevlə bağlı bir mövzu nə qədər bizim üçün əzizdirsə, bir o qədər də məsuliyyətlidir. Çünki Azərbaycanda elə bir sahə yoxdur ki, Ulu Öndərin həmin sahədə misilsiz xidmətləri olmasın. Ən kiçik məsələrdə belə Ulu Öndərin Azərbaycanın quruculuğunda iştirak etməsi faktı üzdədir". SİA xəbər verir ki, bu sözləri YAP Qaradağ rayon təşkilatının təşkilatçılığı ilə "Heydər Əliyev -100: Qurtuluşdan Zəfərə gedən yol" mövzusunda keçirilən elmi-praktik konfransda YAP İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektor əvəzi Vazeh Əsgərov deyib.

"Ulu Öndər Heydər Əliyevin xatirələrinin əbədiləşdirilməsi, gənc nəslə çatdırılması bizim qarşımızda duran əsas məsələlərdəndir. Əgər biz tarixə ekskursiya etsək, görərik ki son on illiklər ərzində digər dövlətlər tərəfindən Azərbaycana daima təzyiqlər olmuş və sıxışdırılmışdır. Azərbaycan bəlkə də yeganə dövlətlərdəndir ki, öz soydaşları ilə əhatə olunub. 2020-ci ildə 44 günlük müharibədə və 2023-cü ilin sentyabrında antiterror tədbirləri zamanı qazanılmış qələbə bizim tariximizdir. Bu qələbələr bir daha Azərbaycanın hansı müstəvidə olduğunu sübuta yetirib"- deyə, o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə