"Heydər Əliyev -100: Qurtuluşdan Zəfərə gedən yol" adlı konfrans keçirilir - YENİLƏNİR - FOTOLAR

"Heydər Əliyev İli" ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı tərəfindən hazırlanan və İdarə Heyətinin qərarı ilə təsdiq edilən Tədbirlər Planı çərçivəsində YAP Qaradağ rayon təşkilatı Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində "Heydər Əliyev -100: Qurtuluşdan Zəfərə gedən yol" mövzusunda elmi-praktik konfrans keçirilir. SİA xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, dahi şəxsiyyətin xatirəsi ehtiramla yad olunub.

Konfransda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Uıu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Ulu Öndərin həyatından və dövlətçilik fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə