"Heydər Əliyev və Azərbaycanda meliorasiya sistemi" adlı tədbir keçirilib - FOTOLAR
Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatının “Meliorator” ərazi partiya təşkilatında “Heydər Əliyev ili”nə həsr olunan “Heydər Əliyev və Azərbaycanda meliorasiya sistemi” adlı tədbir keçirilib. SİA xəbər verir ki, tədbirdə YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev və əməkdaşlar, “Meliorator” ərazi partiya təşkilatının sədri Qasım Qasımov və partiya fəalları iştirak edib.
İlk öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan “Meliorator” ərazi partiya təşkilatının sədri Qasım Qasımov bildirib ki, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəldiyi vaxtdan Azərbaycanın kənd təsərrüfatında, sənayesində, ümumiyyətlə, xalq təsərrüfatının bütün sahələrində xüsusi canlanma başlandı. Meliorasiya və su təsərrüfatının respublikamızın iqtisadiyyatının, xüsusilə kənd təsərrüfatının inkişafında mühüm rolu olmasını ilk gündən böyük uzaqgörənliklə müəyyən edən Heydər Əliyev bu sahəyə əsaslı vəsait qoyulmasını ittifaq hökuməti qarşısında bir vəzifə kimi qoydu.
Çıxış edən YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev qeyd edib ki, “Meliorasiya və su təsərrüfatı obyektləri bizim sərvətimizdir və bu sərvətdən səmərəli istifadə etməliyik" sözlərini tarixə yazmış Ulu Öndər Heydər Əliyev ölkə iqtisadiyyatının, xüsusilə də kənd təsərrüfatının inkişafında böyük əhəmiyyət kəsb edən meliorasiya və su təsərrüfatı kompleksinin yaradıcısı, müəllifi və təşkilatçısıdır. Bu gün Heydər Əliyevin siyasi xətti və ideyaları Prezident İlham Əliyev tərəfindən layiqincə və uğurla davam etdirilir. Ölkəmizdə meliorasiya və irriqasiya sistemlərinin normal istismarının təşkili, tələb olunan həcmlərdə təmir-bərpa işlərinin görülməsi, suvarılan torpaqların su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılması, sel və daşqın sularına qarşı mübarizə işlərinin davam etdirilməsi və digər sahələrdə müvafiq tədbirlər daimi olaraq həyata keçirilmişdir.
Tədbirin sonunda YAP sıralarına yeni qəbul olunmuş bir qrup gəncə partiya vəsiqələri təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB