Qazaxda “Heydər Əliyev İli" çərçivəsində növbəti tədbir keçirilib - FOTOLAR

2023-cü il “Heydər Əliyev İli“ çərçivəsində 12 iyul 2023-cü il tarixdə YAP Qazax rayon təşkilatı “Arkoz Qazax Sement zavod” MMC ərazi partiya təşkilatında “Ümummilli Lider Heydər Əliyev - 14 iyul 1969-cu ildən başlanan davamlı inkişaf strategiyasının banisidir” mövzusunda tədbir keçirilib. SİA xəbər verir ki, tədbir iştirakçıları “Arkoz Qazax Sement zavod” MMC-də Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq Ümummilli Liderimizə dərin hörmət və ehtiramlarını bildiriblər.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndərimiz Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra Dahi Rəhbərin mənalı ömür yolunu, misilsiz xidmətlərini əks etdirən videoçarx nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə “Arkoz Qazax Sement zavod ” MMC ərazi partiya təşkilatının sədri Nizami Zeynalov açaraq tədbirin məqsəd və məramı barədə məlumat verib.

YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev geniş çıxış edərək bildirdi ki, bu il görkəmli siyasətçi, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlişinin 54 ili tamam olur. Danılmaz həqiqətdir ki, 14 iyul 1969-cu il müasir Azərbaycan tarixinin dönüş mərhələsini təşkil edir. Məhz Ulu Öndər Heydər Əliyevin Azərbaycan KP MK-nın birinci katibi təyin olunduğu vaxtdan Azərbaycanın sosial - iqtisadi həyatında inkişafın bünövrəsi qoyulmuş, respublikaya rəhbərlik etdiyi 1969-1982-ci illər Azərbaycanda quruculuq, inkişaf dövrü kimi tarixə düşmüşdür.

A.Nəbiyev görkəmli dövlət xadimi Heydər Əliyevi xalqın xilaskarı, qüdrətli rəhbər, müstəqil Azərbaycanın banisi olduğunu tarixi faktlarla diqqətə çatdırdı. Rayon təşkilatının sədri qeyd edib ki, illər, əsrlər ötsə də, nəsillər dəyişsə də Heydər Əliyev Azərbaycan xalqının tarixi yaddaşında daim yaşayacaq, onun müəyyən etdiyi inkişaf yolu isə hər zaman dövlətimizi daha yüksək zirvələrə ucaldacaqdır. Natiq onu da da vurğuladı ki, Heydər Əliyev siyasi məktəbinin varisi və layiqli davamçısı Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan böyük inkişaf yolu keçir və beynəlxaq arenadakı mövqelərini daha da möhkəmləndirərək güclü bir dövlətə çevrilib.

Tədbirdə ərazi partiya təşkilatının sədr müavini Elvin Əmiraslanov partiya fəallarından İlham Alıyev, Orxan Nərimanov çıxış edərək Heydər Əliyev kimi güclü Liderin misilsiz fəaliyyətindən, müstəsna xidmətlərindən, apardığı məqsədyönlü, vacib islahatlardan ətraflı danışıblar.

Sonda Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul olunmuş üzvlərə partiya üzvlük vəsiqəsi təqdim edildi və YAP Qazax rayon təşkilatı “Arkoz Qazax Sement zavod” MMC ərazi partiya təşkilatının ən fəal partiya üzvləri Fəxri Fərmanla təltif olunublar.

Bütün xəbərlər Facebook səhifəmizdə