İordaniya mediasında Ulu Öndərə həsr olunmuş məqalə dərc edilib

İordaniyanın nüfuzlu rəsmi mətbuat orqanlarında “Heydər Əliyev İli” çərçivəsində Ulu Öndər Heydər Əliyevə həsr olunmuş məqalə dərc olunub.

SİA-nın əldə etdiyi məlumata görə, Azərbaycanın İordaniyadakı səfirliyindən bildiriblər ki, “Əl Ənbat”, “Addustur”, Nəbd əl balad”, “Cohina”, “Alsaa”, Oroba”, Məraya”, Al Ordon” qəzet və informasiya portallarında Türk Ağsaqqalları Birliyinin təsisçisi, Missiya Media Qrupunun rəhbəri Ramin Əhmədovun qələmə aldığı məqalədə Ümummilli Liderin Azərbaycan-İordaniya əlaqələrinin qurulmasında və inkişafında rolundan ətraflı bəhs edilib. Müəllif tarixə ekskurs edərək, önəmli Şərq ölkəsi sayılan İordaniya ilə Azərbaycan arasında münasibətlərin qurulmasında Ulu Öndərin atdığı addımlarla bağlı faktları diqqətə çatdırıb. Yazıda vurğulanıb ki, 1994-cü ildə İƏT-in Kasablanka Zirvə görüşü çərçivəsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev və Kral Əl-Hüseyn bin Talal arasında baş tutmuş tarixi görüş iki ölkə arasında dostluq və əməkdaşlıq əlaqələrinin əsasını qoyub, bu münasibətlər Azərbaycan Prezidenti İlham Əliyev və İordaniya Kralı II Abdullah tərəfindən keyfiyyətcə və məzmunca yeni mərhələyə yüksəlib.

Məqalədə iki dost ölkə arasında beynəlxalq təşkilatlar, o cümlədən İƏT çərçivəsində fəal əməkdaşlıqdan, Kral II Abdullahın Azərbaycana səfərləri zamanı imzalanmış sənədlər və müxtəlif sahələrdə dinamik inkişaf edən əlaqələrdən əraflı bəhs olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə