Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Müasir Azərbaycan mediası – peşəkarlıq standartları və yeni trendlər” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib. SİA xəbər verir ki, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev qonaqları salamlayaraq konfransı açıq elan edib.
Rektor Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidi və istəyi ilə hakimiyyətə gəlməsini xatırladıb, Heydər Əliyevin də Bakı Dövlət Universitetinin məzunu olduğunu qeyd edib. O, Heydər Əliyevin mətbuat üçün gördüyü işlərdən danışıb, müasir mətbuatın da inkişafının Ulu Öndərin islahatlarının nəticəsi olduğunu vurğulayıb. O, həmçinin, mediada inkişaf edən yeni trendlərin izlənilməsinin əhəmiyyətindən bəhs edib. Daha sonra Heydər Əliyev haqqında “BDU-nun dünya şöhrətli məzunu” adlı videoçarx nümayiş etdirilib.
Konfransda həmçinin, MEDİA-nın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, Mətbuat Şurasının sədri Rəşad Məcid, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, BDU Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu və Cahangir Məmmədli çıxış edib.
Konfransda çıxış edən Əhməd İsmayılov Heydər Əliyevin jurnalistika və azad mediaya verdiyi töhfələrdən danışıb, onun islahatlarının plüralizmə, söz və mətbuat azadlığına əngəl olan süni maneələrin aradan qaldırıldığını qeyd edib. Ə.İsmayılov, həmçinin BDU və MEDİA-nın İnkişafı Agentliyinin əməkdaşlıq etdiyini və bunun jurnalistika tələbələri üçün əhəmiyyətini vurğulayıb.
Mətbuat Şurasının sədri Rəşad Məcid Heydər Əliyevin “Jurnalistlərin dostu” mükafatına layiq görüldüyünü bildirib. O, Heydər Əliyevin ictimai rəyi idarə etməyin ustası olduğunu qeyd edib. Həmçinin, BDU və Mətbuat Şurasının birgə əməkdaşlığı ilə “Heydər Əliyev xatirələri” adlı kitabın çap olunacağını deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB