Bir həftə ərzində keçməyən ağız yaralarına diqqət edin

Ağız və diş sağlamlığı üzrə mütəxəssis Rukiye Parlak mövsüm dəyişiklikləri zamanı yaranan və danışma, udma, çeynəmə kimi hərəkətlər zamanı çətinlik yaradan ağız yaraları ilə bağlı açıqlamalar verib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, immun sisteminin əhəmiyyətinə toxunan dr.Parlak “Havanın qəfil soyuması ilə immun sistemimiz həm istiyə, həm də ətrafdakı allergenlərə, müxtəlif qrip viruslarına uyğunlaşmağa çalışır. Buna görə də bu nöqtədə immun sisteminin zəifləməsi ilə əlaqədar mövsümi keçidlərdə ağız yaraları artır” fikrini bildirib.

Rukiye Parlak ağız yaralarının 1 həftə ərzində öz-özünə sağala biləcəyini və bu zaman isti və soyuq qidalardan uzaq durmaq lazım olduğunu ifadə edərək: “Ağızda davamlı afta varsa, bu behçet xəstəliyinin əlaməti ola bilər. QİÇS-in əlaməti üçün ilkin diaqnoz ola bilər. Bir çox xəstəliklərin ilk əlaməti ağızda başlayır. Bəzi orqanizmlərdə afta və herpes kimi şeylər viral olur. Orqanizmdə o virus varsa, immun sistemi bir az zəiflədikdə belə bu xəstəlik yenidən təkrarlanacaq. Əgər həmin insanda soyuqdəymə varsa, xəstəliyə afta müşayiət oluna bilər, onun müalicəsi yoxdur. İstifadə edilən dərmanlar daha çox insanın gündəlik həyatına rahatlıq verəcək şeylərdir”, deyib.

İnsanların koronavirus prosesi ilə immunitet sistemini gücləndirmək üçün əlavə vitaminlər qəbul etdiyini bildirən Dr.Parlak öz müşahidələrini belə ifadə edib: “Marketə gedəndə soyuducumuzda nə çatışmır, ona baxırıq. Koronavirusla bağlı insanlar immun sistemini gücləndirmək üçün çoxlu vitaminlər qəbul etməyə başladılar. İmmun sistemi güclüdürsə, güclüdür. İmmun sistemi güclənmir. Bizim orqanizmimizdə təbii vitamin varsa bu daha faydalı olur. Digər vitaminlərin isə heç bir təsiri yoxdur, onlar zərərlidir. Bu, təkcə ağızda deyil, bütün bədənimizdə, hətta daxili orqanlarımızda da qalıcı zədələnmələrə səbəb ola bilər. Ola bilsin ki, hər bir vitaminin artıqlığı bədənimizdə yığılsın və bəziləri xaric oluna bilməyib zərər verə bilsin. Buna görə bədəninizin həqiqətən ehtiyacı olub-olmadığını öyrənmək üçün əlavə vitamin və minerallar qəbul etməzdən əvvəl qan testi etməyi faydalı hesab edirəm”.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə