Valideyn-övlad münasibətlərində psixoloji çatışmazlıqlar NƏLƏRDİR? - PSİXOLOQ DANIŞDI
“Valideyn-övlad münasibətləri uşağın yaş dövrlərinə uyğun şəkildə fərqlənir və bu münasibətlərdə zamanında göstərilən diqqət, anlayış və dəstək uşağın psixoloji inkişafı üçün həlledici rol oynayır”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.
Psixoloq bildirib ki, aşağı yaş mərhələsində uşaqlar valideynləri ilə daha çox vaxt keçirmək, onlarla emosional və fiziki təmasda olmaq ehtiyacı hiss edirlər: “Əgər bu mərhələdə valideynlər uşaqlarına kifayət qədər diqqət ayırmazsa, uşaqda emosional çatışmazlıq, davranış pozuntuları, aqressiya kimi hallar müşahidə oluna bilər.
Yuxarı yaş dövrlərində, xüsusilə gənclik mərhələsində isə övladlar artıq valideynlərinin onları anlamasını, fikirlərinin dəyərləndirilməsini və qarşılıqlı hörmətin olmasını istəyirlər. Əgər bu ehtiyaclar cavabsız qalarsa, nəticədə yeniyetmə və gənclərdə özünəqapanma, narahatlıq və emosional uzaqlaşma yarana bilər. Valideynlərin bu dövrlərdə empatiya göstərməsi, söhbətə açıq olması və psixoloji dəstəyi təmin etməsi vacibdir.
Hər yaş mərhələsində uşağın ehtiyacları dəyişdiyindən, valideynlər də bu dəyişikliklərə uyğun psixoloji yanaşma sərgiləməlidirlər. Xüsusilə aşağı yaş dövründə valideyn-övlad arasında qurulan möhkəm təməl gələcək münasibətlərin sağlamlığına birbaşa təsir edir. Bu səbəbdən vaxtında göstərilən diqqət və anlayış sonradan bərpa olunması mümkün olmayan boşluqların yaranmasının qarşısını alır”.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)
.jpg)

USD
EUR
GBP
RUB