Adaptasiya olmayınca, iqlim dəyişikliyi yoxsulluğu daha da artırır - COP30-un prezidenti
Adaptasiya inkişafın alternativi deyil, iqlim dəyişmələrindən təsirlənən dünyada davamlı inkişafın mahiyyətidir. SİA COP30 iqlim sammitinin rəsmi internet saytına istinadla xəbər verir ki, bu fikri COP30-un prezidenti Andre Korrea do Laqo beynəlxalq ictimaiyyətə iqlim adaptasiyasına həsr olunmuş səkkizinci müraciətində bildirib.
Məktubda ölkələr adaptasiyanı insan təkamülünün növbəti mərhələsi kimi nəzərdən keçirməyə çağırılır və iqlim dəyişikliyinin təsirlərindən getdikcə daha çox əziyyət çəkən bir dünyada insanların həyatını və iqtisadiyyatı qorumaqda onun əsas rolu vurğulanır.
Məktub müəllifi - COP30 prezidenti təyin olunmuş səfir Andre Korrea do Laqo adaptasiyanın yaşam və iqtisadi sabitlik strategiyalarının əsas elementi kimi qəbul edilməsinin vacibliyini iddia edir. O əlavə edib: “Adaptasiya olmazsa, iqlim dəyişikliyi yoxsulluğun artmasına gətirib çıxarır, dolanışıq mənbələrini məhv edir, işçilərin iş yerlərini azaldır və aclığı daha da artırır. Təsirlər gücləndikcə, hərəkətsizlik texniki səhv olmaqdan kənara çıxır və bu, həyatla ölüm arasında siyasi seçimə çevrilir”.
Onun sözlərinə görə, adaptasiya yumşalmadan sonra gələn seçim deyil. Bu, bizim planetdə yaşamağımız üçün ilk addımdır: “Təkamülümüzün hər bir dönüş nöqtəsində bəşəriyyət məhz adaptasiya yolu ilə - həyatın şərtlərini öyrənmək, yeni vasitələr icad etmək və köhnələri dəyişdirməklə planetdəki yerini qoruyub saxlayıb. Adaptasiya daim bizim mövcudluğumuzu müəyyən edən amilləri qoruyarkən, artıq bizə xidmət etməyən şeyləri kənara atmaq üçün cəsarət tələb edib”.
Məktubda, həmçinin qeyd olunur ki, adaptasiyanın olmaması, xüsusən də ən həssas ölkələrdə bərabərsizliyi daha da artırır, iş yerlərini təhdid edir və dövlət maliyyəsini çətinləşdirir.
Ortada adaptasiyaya qoyulan investisiyaların icmaları qoruduğu, itkiləri azaltdığı və gələcəkdə daha böyük xərclərin qarşısını aldığı üçün onun səmərəliliyi ilə bağlı konkret misallar var. Hazırkı şəraitdə dövlət resurslarının, xüsusən də məhdud büdcəsi olan ölkələrdə adaptasiya tədbirlərinin maliyyələşdirilməsində mühüm rol oynadığı və dəstəyin ən həssas ölkələrə çatmasını təmin etmək üçün beynəlxalq əməkdaşlığın artırılmasının vacib olduğu vurğulanır.
Andre Korrea do Laqo qeyd edir ki, COP30 iqlim sammiti tarixə tətbiq və adaptasiya konfransı kimi daxil olmalıdır.
“İlk məktubumda qeyd etmişdim ki, həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrdə varlıların iqlimlə bağlı dayanıqlı divarların arxasında gizləndiyi, kasıbların isə müdafiəsiz qaldığı təhlükəli bir dövrə qədəm qoyuruq. Bu gələcək dərhal rədd edilməlidir. Bu, əxlaqsız, mənəviyyatsız və nəticədə özünü məhv edən bir gələcəkdir, çünki insan təkamülünü mümkün edən əməkdaşlığı sarsıdır. Buna baxmayaraq, biz artıq bu eybəcər ssenarinin gerçəkləşməyə başladığına dair həyəcanverici əlamətləri görürük”, - deyə COP30-un prezidenti yazır.
Onun sözlərinə görə, COP30-da adaptasiya məsələlərində qətiyyətli dönüş iqlim siyasətini insanların həyatı ilə uyğunlaşdırmaq, çoxtərəfliliyi gücləndirmək və Paris Sazişinin həyata keçirilməsini sürətləndirmək üçün çox vacibdir.
Braziliya Prezidenti Luis İnasio Lula da Silva qeyd etdiyi kimi, COP30 "fərqləri aradan qaldırmaq və iqlim böhranı ilə mövcud təhlükə kimi üzləşmək qabiliyyətimizi sınayacaq. Bu, həqiqətlərin ifadə edildiyi bir konfrans olacaq”.
Məktubun sonunda bildirilir: “Əməkdaşlıq çağırışlara qlobal reaksiyanın daha bir təşkilati prinsipinə çevrilməlidir. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasını və Paris Sazişini gücləndirilmiş beynəlxalq əməkdaşlıq vasitəsilə həyata keçirmək qabiliyyətimiz təkcə yaşamaq uğrunda deyil, həm də ləyaqət, ədalət və həmrəyliyə əsaslanan daha yaxşı bir insan olmaq üçün inkişaf edə biləcəyimizi müəyyən edəcək. Belemdə biz bəşəriyyət və təbiət arasındakı ittifaqı yenidən alovlandırmalıyıq, zəifliyi həmrəyliyə, əməkdaşlığı möhkəmliyə və uyğunlaşmanı təkamülə çevirməliyik. Birlikdə, öz seçimimizlə dəyişməliyik”.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)
.jpg)

USD
EUR
GBP
RUB