Naxçıvan duzunun istehsalının dayandırılmasının səbəbləri açıqlanıb - FOTOLAR

Duz dağ massivində yerləşən 5 nömrəli duz mədənində texniki təhlükəsizliyin gücləndirilməsi baxımından müvafiq işlərin görülməsinə zərurət yarandığından, eləcə də gələcəkdə duz istehsalı prosesinin daha yüksək keyfiyyətdə təşkil olunması məqsədilə şaxtadan duzun çıxarılması müvəqqəti olaraq dayandırılıb. Bu barədə SİA-nın bölgə müxbirinə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyindən açıqlama verilib. Qeyd edilib ki, bu səbəbdən hazırda “Naxçıvan Duz İstehsalı” MMC-də istehsal və qablaşdırma prosesi həyata keçirilmir.

"Ötən müddət ərzində Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi əhalinin, eləcə də duz məhsulundan xammal kimi istifadə edən istehsal müəsisələrinin adıçəkilən məhsula olan tələbatının fasiləsiz və dayanıqlı təmin olunması məqsədilə ölkəmizin digər bölgəsində istehsal olunan yerli və qonşu ölkələrdə istehsal olunan analoji məhsulların sahibkarlar tərəfindən muxtar respublikaya gətirilməsi prosesini nəzarətdə saxlayıb", - deyə nazirliyin açıqlamasında qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə