“Bu ölkəmizin beynəlxalq siyasətdə güclənən mövqeyinin birmənalı göstəricisidir” - ŞƏRH EDİLDİ
“Prezident İlham Əliyevin son 15 gündə 4 Zirvə görüşündə iştirakı ölkəmizin qlobal miqyasda artan nüfuzu və beynəlxalq siyasətdə güclənən mövqeyinin birmənalı göstəricisidir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.
Onun sözlərinə görə, görünən odur ki, ölkəmiz yalnız Cənubi Qafqazın əsas hərbi-siyasi gücü kimi yox, həm də qlobal proseslərə təsir edən subyekt kimi təsdiq etməkdədir:
”Aydındır ki, cari reallıq tarixi proseslərin axarında meydana çıxmayıb və Azərbaycan ötən dövr ərzində çoxsaylı qərəz və böhtan ehtiva edən hücumlara, ikili standartlara, beynəlxalq hüquqa zidd davranışlara məruz qalmasına baxmayaraq bütün əngəlləri öz hesabına daha dəqiq desək, Prezident İlham Əliyevin qətiyyəti hesabına aşmaqla arzuladığı və bölgə dövlətlərinə də rifah və inkişaf vəd edən konfiqurasiyanı formalaşdıra bilib. Məlumdur ki, Azərbaycanın xarici siyasət kursu çoxvektorlu direktivlərə əsaslanır və biz beynəlxalq hüququn aliliyi şəraitində ümumbəşəri dəyərlərə sadiq qalmaqla bütün dünya xalqları ilə sülh, əmin-amanlıq şəraitdə yaşamğı, bu istiqamətdə birgəfəaliyyəti, həmçinin başqa dövlətlərlə münasibətlərin beynəlxalq hüququn ümumtanınmış normalarında əksini tapan prinsiplər əsasında qurulmasını dövlətçilik niyyətimiz kimi müəyyən etmişik. Məhz bu ideallara sadiqliyi, həmçinin ötən dövr ərzində Azərbaycanın Ulu Öndər Heydər Əliyev siyasi kursunun dönməzliyini təmin edərək inkişafı, cənab İlham Əliyevin rəhbərliyində siyasi müstəqilliyin möhkəmləndirilməsi, tam iqtisadi müstəqilliyə nail olunması, milli həmrəyliyin ali səviyyəyə qaldırılması, ordu quruculuğu, müdafiə sənayəsinin tam yeni müstəvidə formalaşdırılması, hərbi-siyasi qələbələrimiz işğala və təcavüzə, o cümlədən separatizmə son qoyulması ölkəmizə istədiyi geosiyasi mühiti formalaşdırmağa imkan verib. Son 15 günün siyasi və diplomatik xronikasına gəlincə əslində yalnız bu müddət Azərbaycanın xarici siyasət kursunda hədəflərinə doğru necə effektiv və çevik şəkildə irəlilədiyini göstərir. Belə ki istər Kopenhagen, istər Qəbələ, istər Düşənbə Zirvələri, istərsə də Yaxın Şərq Sülh Sammitində iştirakı ilə Azərbaycan özünü yalnız beynəlxalq proseslərin fəal aktırı kimi göstərməklə kifayətlənməyib, həm də həmin tədbirləri milli və beynəlxalq mənafelərin uzlaşdığı məqsədlərə doğru önəmli platformaya çevirə bilib. Eyni zamanda Azərbaycan Respublikası çoxvektorlu xarici siyasət kursuna və bütün dünya xalqları ilə beynəlxalq hüququn aliliyi şəraitində sağlam və praqmatik əsaslara söykənin münasibətlərin inkişafı baxımından praktik nəticəyönümlü situasiyaya nail ola bilib. Belə ki Prezident İlham Əliyev Kopenhagendə fransalı həmkarı ilə Bakı və Paris arasında anlaşılmazlıqlara, Düşənbədə isə rusiyalı həmkarı ilə Bakı və Moskva arasındakı gərginliklərə son qoya bildi. Qəbələ Zirvəsi isə türk dövlətləri tarixində yeni əməkdaşlıq mərhələsinə çevrildi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yaxın Şərq Sülh Sammitində iştirakı isə artıq ölkəmizin qlobal problemlərin həllində aparıcı aktor kimi mövqeyini dünyanın iri gücləri tərəfindən qəbullandığının praktik göstəricisi oldu. Bu mənada adıçəkilən dövrün Azərbaycan xarici siyasət kursunda önəmli bir mərhələ kimi dəyərləndirilməsi və ölkəmizin artan nüfuzunun barometri kimi qiymətləndirilməsi doğru olar”.
Bütün xəbərlər Facebook səhifəmizdə