Liviya xüsusi təyinatlı qüvvələri Vitebsk yaxınlığında peyda olub...

Bununla bağlı video sübutlar...

...Liviya xüsusi təyinatlı qüvvələri Belarusa gəlib.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, sosial mediada paylaşılan videoda Liviya Milli Ordusunun (LMO) döyüşçüləri görünür. Görüntülərə əsasən, onlar Vitebsk yaxınlığındakı Losvido təlim poliqonunda ola bilərlər.

Qeyd edək ki, 22 oktyabrda Liviya Feldmarşalı Xəlifə Haftarın oğlu Səddam Haftar Minskə gəlib.

O, Lukaşenko ilə görüşüb. Daha əvvəl Polşa mediası hərbi kəşfiyyata (SWW) istinadən Xəlifə Haftarın Liviya Milli Ordusunun (LMO) 36-cı Xüsusi Təyinatlı Qüvvələr Batalyonunun döyüşçülərinin 2025-ci ilin fevral ayının sonunda Vitebskdə təlim keçdiyini bildirmişdi.

Səddam Haftar və Liviyadakı “Vaqner” PMC-nin Rusiya fəaliyyətinin yeni kuratoru “Radimir” kimi tanınan Ruslan Çlyan da bazaya baş çəkiblər.

Onlar təlim poliqonunda manevrləri müşahidə etmək üçün gəliblər.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə