Ukrayna Silahlı Qüvvələrinin (UAF) Ali Baş Komandanı Aleksandr Sırski rəsmi Telegram kanalında NATO müttəfiqlərinin Ukrayna üçün Amerika ehtiyatlarından silah alacaq “Prioritetləşdirilmiş Ukrayna Tələblər Siyahısına” (PURL) qoşulan ölkələrin sayını açıqlayıb. SİA xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanının verdiyi məlumata görə, Şimali Atlantika Alyansına üzv olan 17-dən çox ölkə Ukrayna üçün Amerika silahlarının alınmasını kollektiv şəkildə maliyyələşdirmək üçün PURL təşəbbüsünə qoşulub. Sırski bu barədə Avropadakı Müttəfiq Qüvvələrin Ali Baş Komandanı, amerikalı general Aleksus Qrinkeviçlə telefon danışığından sonra müvafiq bəyanatla çıxış edib.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)
.jpg)

USD
EUR
GBP
RUB