…Sağsağan velosiped sürən türist qadına hücum edib.
Və maraqlıdır ki, indi sığorta şirkəti turistin günahkar olduğunu iddia edib
SİA-nın məlumatına görə, səbəb də gətirir: velosipedi niyə dəbilqəsiz sürürsən?
Fakt budur ki, qadın velosiped sürərkən adi bir sağsağan ona hücum edib. Və özü də meşədə-filanda yox, şəhərin hüdudlarında...
...Təəccüblənən 30 yaşlı Marsela Montalva müvazinətini itirərək velosipeddən yıxılıb. Dəbilqə olmadığından qadın ağır yaralanıb. Həkimlər bədbəxt turistə nadir rast gəlinən bud sümüyü sınığı, eləcə də göz yuvalarından birində, üst çənə və yanaq sümüyündə sınıq diaqnozu qoyublar. Bütün zədələrə görə qadın düzgün qidalana bilmir - onun hazırkı pəhrizi yalnız maye körpə qidasından ibarətdir.
Nəticədə o, bir neçə gün ərzində artıq dörd kiloqram arıqlayıb. Danışmaqda da çətinlik çəkir. İndi o, sığorta şirkəti imtina etdikdən sonra bərpası üçün vəsait toplamaq məcburiyyətində qalıb.
…Deməli, 30 yaşlı qurbanın dediyinə görə, o, sağsağanın ona niyə hücum etdiyini və haradan gəldiyini belə anlamır. O, yalnız hücum zamanı quşun fəryadını xatırlayır.
…Maraqlıdır, bəs, sağsağan niyə hücum edib?
…Qriffit Universitetinin (Avstraliya) davranış ekoloqu Dr. Derril Cones bildirib ki, quşlar ilk növbədə yuvalarını qorumaq üçün hücum edirlər. Sağsağanlar, uyğun yuva yeri tapdıqdan sonra ömür boyu orada qalırlar. Və o ərazini şiddətlə qoruyurlar. Deməli, əgər quş hücum edirsə, bu, onun yuvasının 80 metr radiusda gizləndiyi deməkdir. Bu, quşun siqnal vermə üsuludur: uzaq durun.
Və bu siqnala diqqət yetirməyə dəyər. Hətta velosiped dəbilqəsi sizi hücumdan qoruya bilməz…
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)
.jpg)

USD
EUR
GBP
RUB