"Sosial media influencerləri bu gün modanın ən güclü istiqamətvericilərindən birinə çevriliblər. Onlar paylaşımları, geyim üslubları və gündəlik həyat tərzləri ilə gənclərin zövqünə, geyim davranışına və brend seçimlərinə ciddi şəkildə təsir göstərirlər". Bunu SİA-ya açıqlamasında rəssam modelyer Səkinə Əliyeva deyib.

Onun sözlərinə görə, əvvəllər modanın istiqamətini əsasən dizaynerlər və podiumlar müəyyənləşdirirdisə, indi bu rolu daha çox sosial mediada aktiv olan, geniş izləyici kütləsinə malik şəxslər oynayır: "Müasir gənclər geyim seçərkən artıq brendlərin reklam kampaniyalarına deyil, sevdikləri influencerlərin geyim tərzinə, onların təqdim etdiyi üsluba əsaslanırlar. Bu hal təkcə estetik zövqlərə deyil, eyni zamanda fərdi kimlik ifadəsinə, özünüifadə formasına və istehlak davranışına da birbaşa təsir göstərir. Influencerlərin geyim tərzi və paylaşdıqları vizual obrazlar zamanla bir növ “stil nümunəsinə” çevrilir və bu, qısa müddətdə yeni trendlərin yaranmasına şərait yaradır.
Beləliklə, sosial media modanı həm demokratikləşdirib, həm də onu daha çevik və dinamik bir prosesə çevirib. Artıq hər kəs öz üslubunu paylaşaraq trend yarada, izləyicilərinin zövqünə təsir edə və modanın inkişaf istiqamətinə yön verə bilər. Bununla belə, bu prosesin mənfi tərəfləri də az deyil. Çox tez dəyişən tendensiyalar, brend mərkəzli düşüncə və kütləvi bənzərlik bəzən fərdi zövqün, orijinallığın və yaradıcılığın arxa plana keçməsinə səbəb olur. Nəticə etibarilə sosial media bir tərəfdən modanı daha əlçatan və çoxşaxəli hala gətirsə də, digər tərəfdən fərdiliyin qorunması və özünəməxsus üslubun saxlanılması üçün yeni çağırışlar yaradır".
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)
.jpg)

USD
EUR
GBP
RUB