...Türkiyə Donald Tramp və Vladimir Putin arasında görüşə ev sahibliyi edə bilər.
SİA-nın məlumatına görə, RBC-Ukraine “Hürriyet”-ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
...Biz istənilən vaxt belə bir görüşü (Tramp və Putin arasında - red.) keçirməyə hazırıq.
Budapeştdəki görüşün baş tutmaması təəssüf doğurur. Biz inanırıq ki, istənilən dialoq bu müharibəyə son qoymaq üçün faydalıdır, - deyə Ərdoğan bildirib.
O əlavə edib ki, Türkiyə lap əvvəldən dialoqu müdafiə edib və ədalətli sülhün mümkünlüyünü bəyan edib.
Ərdoğanın sözlərinə görə, Ankaranın həm Kiyev, həm də Moskva ilə yaxşı münasibətləri var və iki müharibə aparan ölkənin etimadını qazanıb.
...Bu, bizə sülh yolunda üstünlük verir və biz bu vəziyyətdən bəşəriyyətin xeyrinə istifadə etmək niyyətindəyik, - deyə Türkiyə lideri bildirib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)
.jpg)

USD
EUR
GBP
RUB