Bolqarıstan ABŞ sanksiyalarına görə "Lukoil" ilə vidalaşa bilər...

Rusiyanın "Lukoil" şirkəti Bolqarıstanın ən böyük neft emalı zavodunu idarə edir...

...Bolqarıstan ölkənin ən böyük neft emalı zavodunu idarə edən “Lukoil” şirkətinin aktivlərinin mümkün satışı üçün zəmin hazırlayır.

SİA-nın məlumatına görə, Reuters xəbər verir ki, bu məqsədlə Bolqarıstan parlamenti bu gün, 24 oktyabrda hökumətin və kəşfiyyat xidmətinin razılığını tələb edən düzəliş qəbul edib.

Bolqarıstanın energetika naziri Jeço Stankov bildirib ki, ölkə “Lukoil” şirkətinə qarşı sanksiyalar tətbiq edildikdən sonra neft və neft məhsulları tədarükünü təmin etmək üçün tədbirlər hazırlayır.

Rusiya şirkəti ölkənin ən böyük neft emalı zavodunu idarə edir. O qeyd edib ki, “...Bu, maraqlı tərəflər, o cümlədən avropalı tərəfdaşlarımızla birlikdə mövcud vəziyyət üçün birgə Avropa fəaliyyət planı hazırlamaq imkanı əldə edəcəyimiz son dərəcə vacib bir vəziyyətdir”.

Bolqarıstan hökuməti hazırda neft emalı zavodunun davamlı fəaliyyətini təmin etmək üçün Amerika qurumları ilə əlaqə saxlayır.

Stankov əlavə edib ki, ölkənin planına yanacaq ehtiyatlarının monitorinqi də daxil olacaq.

O vurğulayıb ki, “...Bolqarıstan vətəndaşları əmin olmalıdırlar ki, yanacaq mövcuddur. Onun tədarükü ilin sonuna qədər təmin edilir”.

Bolqarıstanın ədliyyə naziri bildirib ki, ölkə neft emalı zavodlarında tutum, işçi qüvvəsi və digər təhlükəsizlik tədbirlərini təmin etmək üçün əlavə tədbirlər görüb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə