"Qubadlının Şəhər Günü Azərbaycanın azad edilmiş ərazilərində dövlətçilik, milli həmrəylik və vətənpərvərlik ideyalarının möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu gün təkcə bir şəhərin yubileyi deyil, həm də Azərbaycanın azad edilmiş torpaqlarında həyata keçirilən böyük quruculuq və bərpa siyasətinin canlı təzahürüdür". Bu sözləri SİA-ya açıqlamasında politoloq Samir Hümbətov deyib.
Onun sözlərinə görə, Qubadlının azad olunmasından sonra burada həyata keçirilən yenidənqurma işləri, infrastruktur layihələri və sosial proqramlar ölkəmizin post-münaqişə dövründə əldə etdiyi real nəticələri nümayiş etdirir: "Bu cür tədbirlər həm dövlətin siyasi iradəsini, həm də xalqın mənəvi gücünü ifadə edir. Qubadlının Şəhər Günü insanlara göstərir ki, azad edilmiş torpaqlarda həyat geri qayıdır, şəhərlər yenidən dirçəlir, doğma yurda dönüş artıq real mərhələyə qədəm qoyub. Bu, həm də Azərbaycan dövlətinin öz torpaqlarına sahib çıxmaq, onları inkişaf etdirmək və gələcək nəsillərə güclü irs kimi ötürmək əzmini nümayiş etdirir.
Şəhər Gününün keçirilməsi həm mənəvi, həm siyasi baxımdan önəmlidir. Mənəvi tərəfdən bu, işğal dövründə dağıdılmış şəhərlərin və insanların yaddaşının bərpası deməkdir. Qubadlılılar üçün bu gün doğma torpağa qayıdış ümidinin, ədalətin bərpasının və dövlət qayğısının rəmzidir. Siyasi baxımdan isə bu tədbir Azərbaycanın azad edilmiş ərazilərində dövlət idarəçiliyinin bərpası, sosial sabitliyin möhkəmlənməsi və yerli icmaların yenidən formalaşması deməkdir. Qubadlının Şəhər Günü həm də iqtisadi və strateji baxımdan önəmlidir. Bu cür tədbirlər zamanı dövlətin təqdim etdiyi layihələr - yeni yollar, su və enerji infrastrukturu, məktəb, xəstəxana və sosial obyektlərin açılışı - bölgənin iqtisadi dirçəlişinə təkan verir. Bundan başqa, Qubadlının yerləşdiyi strateji mövqe regionun logistika və kənd təsərrüfatı potensialının artırılmasına imkan yaradır. Bu proseslər həm də işğindən azad edilmiş torpaqlarda yeni investisiya mühitinin formalaşmasına, yerli sahibkarlığın inkişafına və məşğulluğun artmasına xidmət edir. Bütün bunlar Azərbaycanın “Böyük Qayıdış” proqramının tərkib hissəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu siyasətin əsas məqsədi təkcə torpaqları bərpa etmək deyil, həm də orada müasir, dayanıqlı və rahat həyat qurmaqdır. Qubadlının Şəhər Günü həmin strategiyanın canlı nümunəsidir. Bu gün Qubadlıda keçirilən hər bir tədbir, açılan hər bir obyekt, səslənən hər bir söz Azərbaycanın dövlət quruculuğunun, xalqın iradəsinin və gələcəyə inamının rəmzidir. Eyni zamanda, bu gün beynəlxalq səviyyədə də mühüm mesaj daşıyır. Azərbaycan bütün dünyaya göstərir ki, münaqişədən sonra bölgədə sülh, sabitlik və inkişaf mümkündür. Qubadlı kimi şəhərlərin yenidən dirçəlməsi beynəlxalq tərəfdaşlara Azərbaycanın bərpa prosesinə necə sistemli və məsuliyyətli yanaşdığını nümayiş etdirir. Bu, həm də Azərbaycanın öz torpaqlarında həyata keçirdiyi dövlət siyasətinin ədalətə, qanuna və dayanıqlı inkişafa əsaslandığını göstərir.
Ümumilikdə, Qubadlının Şəhər Günü azad edilmiş ərazilərdə həyatın bərpasının, dövlətin gücünün və xalqın birliyinin simvoludur. Bu gün həm tarixə ehtiram, həm gələcəyə inam, həm də Azərbaycanın milli iradəsinin təntənəsidir. Qubadlı kimi şəhərlərin yenidən doğulması bütövlükdə Qarabağ və Şərqi Zəngəzurun bərpası prosesində mühüm dönüş nöqtəsidir və bu, Azərbaycanın qalib dövlət kimi inkişafının ən parlaq göstəricilərindən biridir".
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)
.jpg)

USD
EUR
GBP
RUB