...Rusiyalı jurnalistlər avtomobil daşıyıcısında Rusiya brendinin loqotipi ilə bəzədilmiş Geely Atlas krossoverini gördülər. "Volqa" nişanı barmaqlıqda və təkərlərdə görünür, lakin Geely işarəsi faraların altında qalır.
Fotoşəkillərə əsasən, bu, Rusiyada rəsmi olaraq mövcud olmayan Çin bazarı üçün Atlas versiyasıdır.
Əvvəllər Geely Emgrand və Monjaro modellərinin Nijni Novqoroddakı GAZ zavodlarında yığıla biləcəyi barədə məlumatlar yayılmışdı.
Lakin nə Rusiya, nə də Çin tərəfləri əməkdaşlığı təsdiqləməyib.
Ekspertlər hesab edirlər ki, şayiələr təsdiqlənərsə, bu, düzgün istiqamətdə atılmış addım olardı.
SİA-nın məlumatına görə, Milli Avtomobil İttifaqının vitse-prezidenti Yan Heytzer qeyd edir ki, artan təkrar emal haqqı və idxal məhdudiyyətləri ilə Rusiyada istehsalı lokallaşdıran şirkətlər bundan faydalanacaqlar.
O əlavə edib ki, Geely modelləri artıq rus alıcılarının etimadını qazanıb və avtomobilin mənşəyi narahatlıq doğurmayacaq.
...Ona hansı nişanları taxsalar da, insanlar yenə də Geely və buna görə də Volvo irsinə malik bir avtomobil aldıqlarını başa düşəcəklər, - deyə ekspert hesab edir.
Bu arada, Volqanın dirçəldilməsi ideyası mübahisələrə səbəb olmağa davam edir.
Xatırladaq ki, 2024-cü ilin may ayında Mixail Mişustinə Changan markalı Volqa sedanları təqdim edilmişdi, lakin baş nazir onları lokallaşdırmanın olmamasına görə tənqid edərək “Sükanın rus istehsalı olmasını istəyirəm”,- demişdi.
Bundan əvvəl Baş nazirin müavini Denis Manturov Volqa markalı avtomobillərin yığılmasına 2026-cı ilin yazında başlanacağını elan etmişdi, lakin potensial tərəfdaşların adları hələ rəsmi olaraq açıqlanmayıb.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)
.jpg)

USD
EUR
GBP
RUB