Son 15 gün ərzində Prezident İlham Əliyevin dünyanın müxtəlif regionlarında keçirilən dörd mühüm beynəlxalq zirvə toplantısında iştirakı – BMT Baş Assambleyası, Danimarkada Avropa Siyasi Birliyinin Zirvəsi, Qəbələdə Türk Dövlətləri Təşkilatının toplantısı və Misirdə Sülh Sammiti – Azərbaycanın qlobal və regional proseslərdə artan rolunu bir daha nümayiş etdirdi. Bu iştirak təkcə Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisi deyil, eyni zamanda ölkənin qlobal sülh, əməkdaşlıq, təhlükəsizlik və iqtisadi inkişaf məsələlərinə verdiyi töhfənin sübutudur. Prezidentin bu platformalarda səsləndirdiyi fikirlər və irəli sürdüyü təşəbbüslər Azərbaycanın həm beynəlxalq dialoqda fəal tərəfdaş, həm də regional sabitliyin təminatçısı kimi mövqeyini daha da gücləndirdi.
Məsələ ilə bağlı millət vəkili Aydın Mirzəzadə SİA-ya fikirlərini bölüşüb: “Cənab Prezident ölkə daxilində mütəmadi olaraq səfərlər edir və demək olar ki, bütün bölgələrdə olur. Xüsusilə də işğaldan azad olunmuş ərazilərə səfərlər onun fəaliyyət qrafikində xüsusi yer tutur. Eyni zamanda xarici səfərləri də kifayət qədər intensiv və məqsədyönlü şəkildə həyata keçirilir. Qısa müddət ərzində bir çox beynəlxalq tədbirlərdə, sammitlərdə iştirak etməsi Azərbaycanın beynəlxalq aləmdə sülhün və əmin-amanlığın təminatına verdiyi töhfənin göstəricisidir. Bu səfərlər, həmçinin, Azərbaycanın dost ölkələrlə əlaqələrinin daha da möhkəmləndirilməsinə xidmət edir.
Cənab Prezident beynəlxalq arenada tanınan nüfuzlu siyasi liderdir. Onun Azərbaycanın milli maraqlarını qorumaq istiqamətində apardığı qətiyyətli siyasət ölkəmizə daim uğur gətirir. Son dövrlərdəki xarici və daxili səfərləri də bu uğurların davamı kimi dəyərləndirilə bilər”.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)
.jpg)

USD
EUR
GBP
RUB