“Airbus” korporasiyasının Çinin Tiencin şəhərindəki müəssisəsində 2-ci istehsal xətti istifadəyə verilib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, yeni istehsal xətti Çin bazarında payını genişləndirməyi hədəfləyən “Airbus”un 2023-cü ildə “Çin mülki aviasiya sənayesi korporasiyası” və Tiencin azad ticarət zonası ilə imzaladığı sənədə əsasən inşa olunub. “Airbus” Tiencində 2-ci istehsal xəttinin istifadəyə verilməsi sayəsində 2027-ci ilədək darfüzelajlı “A320” ailəsindən olan təyyarələrin istehsal gücünü aylıq 60 ədəddən 75-ə yüksəldəcək.
Qeyd edək ki, “Airbus”un Tiencin şəhərindəki ilk istehsal xətti 2008-ci ildə istifadəyə verilib. Ötən müddətdə Tiencində 780 darfüzelajlı təyyarə yığılaraq Çindəki və xaricdəki sifarişçilərə çatdırılıb. Ötən il Tiencində yığılan təyyarələrin 25 faizi xaricdəki müştərilərin sifarişi olub.
Hazırda şirkətin Tiencindən başqa, Tuluzada (Fransa) 2, Hamburqda (Almaniya) 4 və Alabamada (ABŞ) 2 istehsal xətti var.
Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) proqnozlarına əsasən, Çin şirkətləri növbəti 20 il ərzində təxminən 1460 geniş, 5160 dar gövdəli, habelə min ədəd regional cet almalıdır. Bu səbəbdəndir ki, dünyanın iri təyyarə istehsalçıları Çin bazarında yarışa giriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)
.jpg)

USD
EUR
GBP
RUB