Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatının Xəzər rayonu, Qala qəsəbəsi, 168-ci Qala küçəsi ünvanında yeni ərazi partiya təşkilatı təsis edilib. SİA xəbər verir ki, tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyasının Xəzər rayon təşkilatının məsləhətçisi Siyasət Həsənov Yeni Azərbaycan Partiyasının müasir müstəqil ölkəmizinin kişafındakı rolundan bəhs edərək onu da vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edən YAP bundan sonra da inamlı qələbələrə imza atacaq. Partiyanın irəli sürdüyü təşəbbüslər, qəbul etdiyi qərarlar Azərbaycan dövlətinin dahada güclənməsinə, xalqın rifahının yüksəlməsinə töhfələr verəcək. Yeni Azərbaycan Partiyası dünənin, bu günün vəgələcəyin partiyası olduğunu bütün dövrlərdə təsdiqləyib və hazırda yeni hədəflərə doğru inamla irəliləyir.
Daha sonra çıxış edən 334 saylı tam orta məktəbin direktoru Cəfərov Şahin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilən Azərbaycanın yeni hədəflərə doğru inamla irəliləməsini önə çəkərək bildirib ki, bu günün əsas çağırışı işğaldan azad edilmiş ərazilərimizdə bərpa işlərinin miqyasının daha dagenişləndirilməsi, soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışıdır. Heydər Əliyev ideyalarının, Prezident İlham Əliyevin yürütdüyü siyasətin təbliğatçısı olan hər bir YAP üzvü günümüzün çağırışlarının həyata keçirilməsinə öz töhfələrini verməyə çalışır.
Sonda isə partiyanın ərazi təşkilatına sədr və sədr müavini seçkiləri keçirilib. İştirakçıların yekdil rəyi ilə Cəfərov Şahinərazi təşkilatının sədri, Bayramova Bənövşə isə sədr müavini seçilib.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)
.jpg)

USD
EUR
GBP
RUB