…Pensilvaniya Universitetinin astronomları nisbətən yaxınlıqdakı ulduz sistemində “Super Yer” aşkar ediblər.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “The Astronomical Journal” xəbər verir.
Kəşfə görə, planet Yerdən 20 işıq ili, kosmik standartlara görə nisbətən qısa məsafədə yerləşir.
Tədqiqatçılar bildiriblər ki, planet Yerə çox bənzəyir və ulduzdan maye suyun saxlanması üçün kifayət qədər məsafədə yerləşir.
Bununla belə, planet Yerdən daha böyükdür.
…Biz daim gələcəyə baxırıq – həm gələcək nəsil tədqiqatçıların hazırlanmasında, həm də potensial yaşayış üçün yararlı planetlərin axtarışı üçün texnologiyaların hazırlanmasında…
Pensilvaniya Universitetinin professoru Erik Ford kəşfi şərh edib.
Alimlərin ulduzu 20 il müşahidə etməsindən sonra kəşf edilib. Bununla belə, planetin daha ətraflı öyrənilməsi hazırda mümkün deyil - daha güclü teleskoplara ehtiyac var.
Bundan əvvəl alimlər Aydan qaytarılan nümunələrdə nadir meteorit qalıqları aşkar etmişdilər.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)
.jpg)

USD
EUR
GBP
RUB