Misli Premyer Liqasında IX turun daha bir oyunu keçirilib.
SİA xəbər verir ki, “Kəpəz” Qəbələdə “İmişli”ni qəbul edib. Görüş qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları Luis Silvestr, Dioqo Almeyda və Rafael Vieqaş vurublar. Gəncə klubu 28-ci dəqiqədən etibarən azlıqda mübarizə aparıb. Belə ki, qapıçı Məmməd Hüseynov qırmızı vərəqə alaraq meydandan qovulub.
Bu qələbədən sonra xallarını 12-yə çatdıran “İmişli” 7-ci pilləyə yüksəlib. “Kəpəz” isə 3 xalla sonuncu – 12-ci sırada qərarlaşıb.
Günün ilk matçında “Turan Tovuz” Şamaxıda "Karvan-Yevlax"a 2:1 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, turun digər oyunları oktyabrın 25-26-da keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)
.jpg)

USD
EUR
GBP
RUB