İtaliyanın İrpiniya bölgəsində 3,6 bal gücündə zəlzələ baş verib.

SİA xəbər verir ki, bu barədə İtaliyanın Geofizika və Vulkanologiya İnstitutu (INGV) məlumat yayıb.

Episentri Avellino əyalətindəki Qrottolella kəndi olan yeraltı təkan 16 kilometr dərinlikdə qeydə alınıb. Zəlzələ Kampaniya regionunun Sannio və Salerno bölgələrində, eləcə də Neapolda aydın hiss olunub. Avellino əyalətində məktəblər ehtiyat tədbiri olaraq təxliyə edilib.

İtaliyanın Daxili İşlər Nazirliyinin məlumatına görə, nazir Matteo Piantedosi Avellino prefekti ilə daim əlaqə saxlayıb və əyalətdə baş verən zəlzələdən sonra vəziyyəti yaxından izləyib. Nazirə bildirilib ki, insanlara və ya əmlaka dəyən ziyan barədə məlumat yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə