“Prezident İlham Əliyevin Qazaxıstana səfəri böyük siyasi, iqtisadi və mədəni əhəmiyyət kəsb edir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.
Onun sözlərinə görə, bu səfər iki qardaş ölkə arasında strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə xidmət edir: “Son illərdə Azərbaycan və Qazaxıstan arasında münasibətlər dinamik şəkildə inkişaf edib, müxtəlif sahələrdə – xüsusilə enerji, nəqliyyat, logistika, ticarət, kənd təsərrüfatı və humanitar istiqamətlərdə əməkdaşlıq yeni mərhələyə qədəm qoyub.
Hər iki ölkə türkdilli dövlətlər ailəsinin aparıcı üzvləri kimi, Türk Dövlətləri Təşkilatı çərçivəsində də sıx əməkdaşlıq edirlər. Prezident İlham Əliyev və Prezident Kasım-Jomart Tokayev arasında formalaşmış səmimi dostluq və qarşılıqlı etimada əsaslanan münasibətlər dövlətlərarası əlaqələrin sürətli inkişafına mühüm təkan verir. Bu dostluq həm də xalqlarımızın əsrlərboyu davam edən mədəni, tarixi və mənəvi yaxınlığının təzahürüdür.
Səfər zamanı imzalanan sənədlər, aparılan danışıqlar və əldə olunan razılaşmalar regionda sabitliyin, əməkdaşlığın və ortaq maraqlara əsaslanan tərəfdaşlığın güclənməsinə xidmət edir. Bu, həmçinin Türk dünyasının iqtisadi və siyasi birliyinin möhkəmlənməsi, regional layihələrin daha effektiv reallaşması baxımından da mühüm hadisədir. Beləliklə, Prezident İlham Əliyevin Qazaxıstana səfəri Azərbaycan-Qazaxıstan münasibətlərinin yeni bir mərhələyə qədəm qoyduğunu nümayiş etdirir və gələcəkdə iki ölkə arasında dostluq, qardaşlıq və strateji tərəfdaşlıq əlaqələrinin daha da dərinləşəcəyinə inam yaradır”.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)
.jpg)

USD
EUR
GBP
RUB