“Çelsi”nin futbolçusu “Qarabağ”la oyundan əvvəl zədəsini sağaldıb

"Qarabağ"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi olan İngiltərənin "Çelsi" klubunun futbolçusu Liam Delap zədəsini vaxtından əvvəl sağaldıb. SİA xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Enzo Mareska məlumat verib.

Onun sözlərinə görə, hücumçu kollektivlə birgə məşqlərə qoşulub və tezliklə yaşıl meydanlara qayıdacaq. Forvardın noyabrın 5-də Bakıda Ağdam təmsilçisi ilə IV tur matçında iştirak edəcəyi gözlənilir.

Xatırladaq ki, 22 yaşlı futbolçu ötən ayın əvvəllərində Premyer Liqada "Fulhem"lə III tur görüşündə zədələnmişdi. Onun 3 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə