...Oktyabr ayında Rusiya ilk neftini Gürcüstanın illik gücü 1,2 milyon ton olan Kulevi yeni neft emalı zavoduna təhvil verdi.
SİA-nın məlumatına görə, bu barədə LSEG və sənaye mənbələrinə istinadən Reuters xəbər verir.
LSEG və mənbələrə görə, Kayseri tankeri oktyabrın əvvəlində Novorossiyskdəki “RussNeft”-dən təxminən 105 300 ton Sibir Light xam nefti yükləyib və yükü Black Sea Petroleum özəl şirkətinə məxsus Kulevi Neft Emalı Zavodunda emal olunmaq üçün Kulevi Neft Terminalına çatdırıb.
Mənbələrin bildirdiyinə görə, Gürcüstanın birinci mərhələdə ildə 1,2 milyon ton gücü olan yeganə neft emalı zavodu 2025-ci ilin oktyabrında istifadəyə verilib.
Kulevi Neft Emalı Zavodunun üstünlüyü onun coğrafi mövqeyi, yəni xammal və satış bazarlarına yaxın yerləşməsidir.
...Və eləcə də əsas nəqliyyat qovşaqlarına - həm dəmir yolu, həm də dəniz nəqliyyatını qəbul edə və yükləyə bilən Kulevi dəniz terminalı, həmçinin Batumi, Poti limanlarına yaxın olmasıdır,
Qeyd edək ki, bu, Black Sea Petroleum-un saytında da bildirilir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə