Peyvəndlər zibilə atılır? Nazirdən açıqlama

SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, səhiyyə naziri Fahrettin Koca peyvəndlərin boşa getdiyi iddiası ilə bağlı sosial media hesabından paylaşım edib.

Nazir Koca açıqlamasında belə deyib:

"Vaksinasiya proqramında istifadə etdiyimiz peyvəndlər uyğun saxlama şərtləri olan mərkəzlərdə tətbiq olunur. Peyvəndin boşa getdiyi iddiaları həqiqətlə uyğun deyil. Hər peyvənd dozasının dəyərini bilirik və buna görə planlaşdırırıq. Peyvənd israfı yoxdur".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə