Daxili ağrıdan qurtulmağın bir yolu...

Kişi depressiyası qadın depressiyasından necə fərqlənir..?

...Qadın depressiyası kişilərdən daha tez-tez diaqnoz qoyulması və özünü daha qabarıq şəkildə göstərməsi ilə fərqlənir.

SİA-nın məlumatına görə, bunu aif.ru nəşrinə müsahibəsində psixoloq Sofya Sulim izah edib.

...Qadınlar daha parlaq emosional dalğalanmalara məruz qalırlar. Bu, hormonal dövrə və hormonların nisbəti ilə əlaqədardır, ona görə də onların depressiyaları daha nəzərə çarpan ola bilər, - deyə həkim izah edib.

Güclü cinsiyyətdə ruhi xəstəlik hiss olunmaz və gizli şəkildə özünü göstərir. O cümlədən kişilərin həmişə güclü olmasını diktə edən stereotiplərə görə...

İnsanın özü, onda nəyinsə səhv olduğunu fərq etməyə bilər. ...O, tez-tez kömək istəməz, eyni zamanda daha az narahat ola bilər. Bu cür hallar alkoqolizmə, asılılıqlara, o cümlədən seksual olanlara meyldə ifadə edilə bilər - daxili ağrıdan xilas olmaq üçün bir yol kimi, - ekspert qeyd edib.

Psixoloqun sözlərinə görə, depressiya formalarının müxtəlif formalarda özünü göstərməsinə baxmayaraq, həm kişilərin, həm də qadınların dəstəyə ehtiyacı var.

Emosional vəziyyətinizin pisləşməsinin ilk əlamətlərini görməməzlikdən gəlməməli və problemlə tək qalmamalısınız. Vəziyyəti yaxınlarınızla müzakirə etmək və ya bir mütəxəssislə əlaqə saxlamaq yaxşıdır.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə