Dr.Mircəlal Kazımi meyit donordan qaraciyər transplantasiyası barədə məlumat verib - VİDEO

Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin transplantoloqu, t.ü.f.d., Səhiyyə əlaçısı, Mircəlal Kazımi və onun komandası tərəfindən Azərbaycan səhiyyəsində bir yenilik olaraq, 2002-ci il təvəllüdlü Şərifova Mənzər Yaşar qızına, hepatit B və hepatit D səbəbindən inkişaf etmiş qaraciyər sirrozu ilə mübarizə aparan, canlı donoru olmayan bir xəstəyə meyit donordan götürülən qaraciyər köçürülməsi əməliyyatı həyata keçirilib. SİA xəbər verir ki, bu əməliyyat Azərbaycan səhiyyəsində bir ilk olaraq tarixə düşmüş və müasir orqan transplantasiyası sahəsində mühüm bir mərhələni təmsil edir. Mircəlal həkimin bu əməliyyat barədə çıxışını Sizə təqdim edirik:

Bütün xəbərlər Facebook səhifəmizdə