Bu günə qədər Bakı və regionlar daxil olmaqla “Ulduz-reytinq” layihəsi çərçivəsində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutuna (AQTİ) 101 sahibkar müraciət edib. Bu barədə SİA-ya AQTİ-dən məlumat verilib.
Qeyd olunub ki, müraciətlərdən 32 müəssisə müxtəlif reytinq təsnifatları ilə qiymətləndirilib, digər müraciətlərin qiymətləndirilməsi prosesi isə davam edir.
Bakı, Gəncə, Lənkəran bölgələri üzrə "Ulduz-reytinq" sertifikatı ilə qiymətləndirilən ictimai iaşə obyektləri üstünlük təşkil edir.
Qeyd edək ki, proses sahibkarların könüllü müraciətinə əsasən həyata keçirilir. Bunun üçün sahibkarlar [email protected] elektron poçtu vasitəsilə AQTİ-yə rəsmi müraciət etməlidirlər. Müraciət İnstituta daxil olduqdan sonra 30 gün müddətində ictimai iaşə obyektində yoxlama aparılır. 10 iş günü müddətində isə sahibkarlara nəticələr haqqında rəsmi bildiriş göndərilir. Nəticələrə uyğun olaraq ictimai iaşə obyektlərinə 1 il müddətinə müvafiq sertifikat verilir.
Bütün xəbərlər Facebook səhifəmizdə