“Ümümiyyətlə insan təbiətlə çox sıx əlaqədardır və təsadüfi deyil ki təbiətdə baş verən bütün iqlim hadisələri insan orqanizminə öz təsirini göstərir”. Bu sözləri SİA-ya açıqılamasında həkim terapevt Sübhan Hacıyev deyib.
Sübhan Hacıyev sözlərinə belə davam edib: “Lakin bir çox gənc və sağlam insanlarda adaptiv, yəni uyğunlaşma prosesləri sürətlə getdiyi üçün hər hansı problem klinik olaraq yaşamırlar. Bir çox insanlarda xüsüsilə də yaşlı insanlarda 60-65 yaşlar üzərində hansılardakı bəzi xroniki xəstəliklər var. Bura aiddir ürək damar xəstəlikləri, metabalik pozğunluqlar, şəkərli diabet, böyrək xəstəlikləri. Bu insanlar özlərini müəyyən dərəcədə geomaqnit qasırğası zamanı hiss eliyə bilərlər və bu insanlar maqnit qasırğasında özlərini pis hiss elediyi üçün meteorhəssas insanlar adlandırırlar.
Buna görə də öncəliklə bu cür insanların hər zaman hidrometroloqların tövsiyyələrinə qulaq asmalarını məsləhət görərdim. Geomaqnit qasırğası zamanı məcbur deyillərsə, çölə çıxmasınlar. Xəstəlikləri hər zaman kontral altına alsınlar. Məsələn, yüksək təzyiqləri, şəkərli diabetləri varsa, mütləq şəkildə nəzarətdə saxlanılmalıdır. Bir çox nevroloji hallar zamanı öz həkimləri ilə danışıb kontrol altında olmalıdırlar”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə