...Sirius Elm və Texnologiya Universiteti piylənməyə qaçı dərmanı patentləşdirib. Dərman genetik biomühəndislik alətlərindən istifadə edilməklə hazırlanıb.
Deməli, SİA-nın məlumatına görə, Rusiyada piylənmə ilə mübarizə üçün unikal üsul işlənib hazırlanmışdır. Tədqiqatın müəllifləri Sirius Elm və Texnologiya Universitetinin alimləri olub.
Dərman genetik biomühəndislik alətlərindən istifadə edilməklə hazırlanıb.
Siçanlar üzərində aparılan sınaqlar zamanı alimlər aşkar ediblər ki, ağ piy hüceyrələrini yenidən proqramlaşdırmaqla onları katabolik hüceyrələrə çevirmək mümkün olub.
Bunun üçün PRDM16 genini kodlayan nuklein turşusunun AAV ifadə vektorunda qablaşdırılan variantı orqanizmə daxil edilir.
Nəticədə ağ yağ toxuması qəhvəyi rəngə çevrilir, bu da çəki azaltmağa kömək edir. Sirius əmindir ki, yenilik piylənmənin qarşısını almaq və müalicə etmək üçün istifadə edilə bilər. Metabolik pozğunluqlarla mübarizənin yeni üsulu artıq patentləşdirilib.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə