…Mikrodalğalı soba üçün təhlükəsiz plastik qablarda olan uşaq qidaları, ət və tərəvəzlər də daxil olmaqla ümumi qidalar həyəcan verici səviyyədə zəhərli kimyəvi maddələr ehtiva edir. Onlar xərçəngə, qaraciyər xəstəliyinə və hormonal balanssızlığa səbəb ola bilər.
...Barselonadakı Ətraf Mühitin və Suların Qiymətləndirilməsi İnstitutunun alimləri belə qənaətə gəliblər.
SİA-nın məlumatına görə, tədqiqat “Journal of Hazardous Materials” jurnalında dərc olunub.
Mütəxəssislər supermarketdə 109 qida nümunəsini təhlil edərək 20-dən çox müxtəlif növ plastikləşdiricilərin - plastik qablaşdırmanın elastik olması üçün istifadə edilən kimyəvi maddələrin izlərini aşkar ediblər.
Nümunələrin 85 faizində mövcud olan alov gecikdiriciləri kimi də istifadə edilən orqanofosfat efirləri (OPE) xüsusi narahatlıq doğurur. Bu maddələr xərçəng və endokrin xəstəliklərin inkişaf riski ilə əlaqələndirilir.
Təhlükəli birləşmələrin ən yüksək tərkibi ət məhsullarında və uşaq qidasında olur. Digər yüksək çirkləndiricilərə dənli bitkilər, paxlalılar və şirniyyatlar daxildir.
Maraqlıdır ki, tərəvəzlər mikrodalğalı qablaşdırmada qızdırılan zaman zərərli birləşmələrin səviyyəsi 50 dəfə artıb.
Həmmüəllif Julio Fernandez-Arribas-a görə, tapıntılar gündəlik məhsulların potensial təhlükəli birləşmələrə məruz qalmanın gizli mənbələri ola biləcəyini təsdiqləyir.
Nəzərə alsaq ki, plastik hissəciklər əvvəllər insanın müxtəlif toxumalarında, o cümlədən bağırsaqlarda və hətta spermalarda aşkar edilib, problem ciddi ictimai əhəmiyyət kəsb edir.
...2025-ci ilin aprelində qadınların yumurtalıqlarının follikulyar mayesində mikroplastiklər aşkar edilib. Bu, mütəxəssislər arasında ciddi narahatlıq yaradıb, buna görə də onlar çoxlu mikrohissəciklər buraxa biləcəyi üçün plastiki qızdırmaqdan, isti yeməkləri plastik qablarda saxlamaqdan və birdəfəlik stəkanlardan istifadə etməməyi məsləhət görürlər.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə