...Aprelin sonundan mayın sonuna qədər olan dövr ənənəvi olaraq ağacların çiçəkləmə mövsümünün zirvəsi hesab olunur və bu, allergiya xəstələri üçün böyük problemdir.
SİA-nın məlumatına görə, allerqoloq-immunoloq bununla bağlı əsas profilaktik tədbirlər haqqında danışıb.
...Ən əsası polenlə təması mümkün qədər məhdudlaşdırmaqdır. Mütəxəssis bu məqsədlə, məsələn, tozcuqlara qarşı burun və eynək üçün xüsusi filtrlər olduğunu deyir.
Mənzildə olarkən təbii allergenlərə xüsusilə həssas olanlar otağı daha az havalandırmalı, avtomobildə olarkən isə pəncərələri bağlı halda sürməli olacaqlar.
...Axşam, sakit havada, uzun yağışdan sonra, sərin havada... havalandırmaq daha yaxşıdır...
Həmçinin, güclü külək zamanı evdən lazımsız yerə çıxmamaq daha yaxşıdır.
Bunu da mütəxəssis xatırladır.
Allergiya xəstəsi üçün küçədən qayıtmaq bir növ rituala çevrilməlidir.
Paltar dəyişdirmək, gözlərinizi və burnunuzu yumaq, ağzınızı yaxalamaq və daha yaxşısı, tam duş almaq vacibdir - bu, daha etibarlı olar..?
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə