Yumurtanın normada yeyilməsi xolesterini yüksəltmir...

…Yumurtaların qanda xolesterinin səviyyəsini yüksəltmək qabiliyyətinin olduğu ümumiyyətlə qəbul edilir. Buna görə bir çox insan bu məhsulu məhdudlaşdırır.

SİA qastroenteroloqun dediklərinə istinadən bildirir ki, yumurta yalnız çox miqdarda yeyildikdə sağlamlığınıza zərər verə bilər.

Eyni zamanda səhər yeməyində bir yumurta yemək və ya həftədə bir neçə dəfə omlet bişirmək vərdişi sağlamlığa heç bir zərər verməyəcək.

…Səhhətində problemi olmayan insanlarda yumurta yemək ürək və damar xəstəliklərinin inkişafına və qanda xolesterinin səviyyəsinin artmasına səbəb olmur.

Həkim belə deyir.

Şəkərli diabetdən əziyyət çəkən və ya artıq yüksək xolesterolu olanlar üçün həkim gündə bir yumurta ilə məhdudlaşdırmağı tövsiyə edir.

Bununla belə, idmançılar vitaminlər, minerallar və zülallarla zəngin olduğu üçün gündə üç-dörd yumurta yeyə bilərlər. Bundan əlavə, yumurta göz sağlamlığı üçün faydalıdır.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə