"Bunlar onların uşaqlarının həyatı üçün çox vacibdir" - HƏKİM AÇIQLADI
"Erkənyaşlı uşaqların immun sistemi inkişaf etmədiyi və ya çox zəif inkişaf etdiyinə görə peyvəndlər onların orqanizminə zərərli yəni patoloji mikroorqanizmlərlə müdafiə mexanizmlərini öyrədir. Peyvəndlər uşaqların immunitetini yüksəldir, bunun sayəsində həyat üçün təhlükə yaradan xəstəliklərə qarşı mübarizə aparır". Bu sözləri SİA-ya açıqlamasında pedoqoq-həkim Təranə Marufova deyib.
Onun sözlərinə görə, bu xəstəliklərə misal olaraq qeyd etmək lazımdır ki, qızılca xəstəliyi, göy öskürək, poliment və s. kimi xəsətlikləri qeyd etmək olar: "Ona görə də, Ümumdünya Səhiyyə Təşkilatı uşaqların erkən yaş dövrlərindən müəyyən yaş dövrlərinə qədər profilaktik peyvənd olunmasını məsləhət görürlər. Düzdür biz bir çox çətinliklərlə rastlaşırıq. Bəzi valideynlər müəyyən səbəblərdən peyvənddən imtina etməyə çalışırlar. Amma biz onlara yenə də bu peyvəndlərin nə qədər əhəmiyyətli olduğunu vurğulayırıq və bununla bağlı valideynləri məlumatlandırırıq və onları peyvəndə cəlb edirik. Hətta xarici ölkələrdə peyvənd olunmayan uşaqları kollektivə buraxmırlar. Yəni bağçadı, məktəbdi, bu kollektivlərə peyvənd olunmayan uşaqlar buraxılmır və girişi qəti sürətdə qadağan edilir. Ona görə xarici ölkələrdə demək olar ki, peyvənddən imtina halları heç zaman olmur. Ümumiyyətlə xarici ölkədə peyvəndin uşaqlara vurulub-vurulmaması valideynlərlə məsləhət edilmir. Lakin hansı uşaqlara peyvəndin vurulmaması həkim tərəfindən məsləhət etdikdən sonra vurulmur. Mən bir pedoqoq olaraq bütün valideynlərə tövsiyyə edirəm ki, uşaqlarını profilaktik peyvənd etməkdən çəkinməsinlər, bunlar onların uşaqlarının həyatı üçün çox vacibdir".
Bütün xəbərlər Facebook səhifəmizdə