Qan təzyiqini artıran bir nömrəli məhsul…

…Yüksək qan təzyiqindən qoruya bilən bir çox qidalar olsa da, amma qan təzyiqinə təkan verən qidalar da var.

SİA-nın məlumatına görə, bunu diyetisyen Elizabet Şou bildirib.

…O, yüksək qan təzyiqinin əsas günahkarlarından birinin işlənmiş ət delikatesləri olduğunu göstərən araşdırmaları xatırladıb. Tədqiqatçıların fikrincə, gündə cəmi 17 qram işlənmiş ət yemək hipertoniya riskinizi artıra bilər.

Dietoloqun sözlərinə görə, sağlam qan təzyiqi üçün aşağıdakı qidaları yeməyə diqqət yetirmək lazımdır:

Meyvələr. Meyvələr sağlam qan təzyiqi üçün əsas qida olan kaliumla zəngindir.

Tərəvəz. Meyvələr kimi tərəvəzlər də kaliumla zəngindir. Və onlar ən yaxşı lif mənbələrindən biridir.

Aşağı yağlı süd məhsulları və süd alternativləri.

Qan təzyiqini tənzimləyən kalium və kalsiumla zəngin başqa bir məhsul. Bütün taxıllar.

Pəhriz lifinə əlavə olaraq, bütün taxıllarda sağlam qan təzyiqini dəstəkləyən maqnezium var.

Yağlı balıq. Qan təzyiqini aşağı saldığı sübut edilən omeqa-3 yağları ilə zəngindir.

…Elizabet Şou da suyu unutmamağı şiddətlə tövsiyə edir. Diyetoloq Dryu Hemler bildirib ki, nəmli qalmaq qan həcmini sabit saxlayır və böyrəklərin artıq natriumu çıxarmasına kömək edir.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə