…Bədənimizin hər gün tərəvəz və meyvələrə ehtiyacı var; “vitamin ehtiyatı” etmək mümkün deyil.
SİA xəbər verir ki, bu barədə rusiyalı professor, yüksək kateqoriyalı doktor Nataliya Orlova məlumat verib. …Gələcəkdə istifadə üçün vitamin ehtiyatı saxlamaq mümkün deyil. Tərəvəz və meyvələrin gündəlik istehlakı normal olmalıdır. Onların çatışmazlığı immunitet sisteminin əziyyət çəkməsinə səbəb olur.
Bunu bildirən ekspert iddia edir ki, hər gün kifayət qədər tərəvəz və meyvə istehlak etməyənlər kəskin respirator virus infeksiyalarından daha çox əziyyət çəkirlər, həmçinin ürək-damar və digər xəstəliklərə daha həssasdırlar.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə