Azərbaycanda əczaçılıq məhsulları və tibbi ləvazimat xərcləri 9 % artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 342,5 min manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatları satılıb. SİA Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin ilk rübü ilə müqayisədə 9,1 % çoxdur.

Ötən 3 ay ərzində alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 2,3 %-i əczaçılıq məhsulları və tibbi ləvazimatlarının alınmasına sərf olunub.

Xatırladaq ki, bu ilin yanvar-mart aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 14,6 milyard manatlıq, o cümlədən 8,1 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 6,5 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2024-cü ilin yanvar-mart ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,7 %, qeyri-ərzaq malları üzrə 6,3 % artıb.

Bütün xəbərlər Facebook səhifəmizdə