“OBA” marketdə partlayışda xəsarət alanların vəziyyəti açıqlanıb
Fevralın 27-i saat 7-də Xəzər rayonu, Binə südçülük sovxozunda yerləşən “OBA” marketdə yanğın baş verməsi səbəbilə çağırış daxil olub. TƏBİB-dən SİA-ya verilən məlumata görə, çağırış ünvanına Təcili Tibbi Yardım briqadası cəlb olunub.
Qeyd olunub ki, Təcili Tibbi Yardım briqadası tərəfindən 3 nəfər (qadın cinsli) müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə təxliyə olunub.
Xəsarət alan şəxslərə əl və üz nahiyəsinin II-III dərəcəli yanıq diaqnozu təyin edilib.
Onlara zəruri tibbi yardım göstərilib. Vəziyyətləri qənaətbəxş hesab olunan şəxslər ambulator müalicə üçün evə buraxılıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)
.jpg)

USD
EUR
GBP
RUB