Vitamin B12 səviyyələri beyin funksiyasına necə təsir edir..?

San-Fransisko Kaliforniya Universitetinin (UCSF) alimləri müəyyən ediblər ki, B12 vitamininin qan səviyyələri xüsusilə yaşlı insanlarda koqnitiv sağlamlığa böyük təsir göstərə bilər. Göstəricilər standart normal həddə düşsə belə, beyin üçün mənfi nəticələr mümkündür.

SİA-nın məlumatına görə, bu barədə Annals of Neurology jurnalında dərc olunan məqalədə deyilir.

Sinir sisteminin fəaliyyətini və enerji istehsalını təmin edən əsas element olan B12 vitamini iki forma bölünür: aktiv (Holo-TC) və qeyri-aktiv (Holo-HC).

Müəlliflər B12 vitamininin aktiv formasının aşağı səviyyədə olmasının koqnitiv proseslərin pisləşməsi və beynin struktur zədələnməsi ilə əlaqəli olduğunu müəyyən ediblər.

Üstəlik, qida elementinin qeyri-aktiv formasının yüksək səviyyələri, Alzheimer kimi neyrodegenerativ xəstəliklərin markeri olan tau protein səviyyəsinin artması ilə əlaqələndirilir.

Tədqiqat xüsusilə koqnitiv pozğunluğu olan yaşlı xəstələrdə B12 vitamininin "normal" qan səviyyələrinin sərhədlərini yenidən nəzərdən keçirmək ehtiyacını vurğulayır.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə