111 nəfər qarlı havada xəsarət alıb

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna qarlı hava şəraiti ilə əlaqəli olaraq 23 fevral tarixindən bu saata qədər 111 nəfər müraciət edib. Bu barədə SİA-ya Səhiyyə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, xəsarət alan şəxslərdə əsasən sınıqlar, bilək və said nahiyəsində deformasiya, kəskin ağrı və şişkinlik müşahidə olunub. 8 nəfər əməliyyat üçün stasionara qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə