Həddindən artıq yeyirsinizsə nə baş verə bilər..?

Pis qidalanma bir çox xəstəliklərin, o cümlədən qaraciyər problemlərinin səbəblərindən biridir.

SİA-nın məlumatına görə, qastroenteroloq həddindən artıq qida qəbulunun qaraciyərə necə təsir etdiyini deyib.

Hər kəsin bildiyi kimi, spirt qaraciyərə mənfi təsir göstərir. Yağlı və ədviyyatlı qidaların həddindən artıq istehlakı da spirtli içkilərlə yanaşı oxşar problemlərə səbəb ola bilər.

Mütəxəssis qeyd edib ki, ədviyyatlar və yağlı qidaların tərkibində qaraciyərin zərərsizləşdirməli olduğu maddələr olduğunu dərk etmək lazımdır.

Onun sözlərinə görə, qidada yağ turşularının və kalorilərin artıq olması qaraciyərin əsas hüceyrələri olan hepatositlərdə piylərin yığılmasına səbəb ola bilər.

Əgər müntəzəm olaraq həddindən artıq yemək yeyirsinizsə, bu, alkoqolsuz yağlı qaraciyər xəstəliyinin inkişafına, qanda pis xolesterinin səviyyəsinin artmasına, ürək və qan damarlarında problemlərə səbəb ola bilər.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə