Naxçıvanda səhiyyə sahəsi üzrə Dövlət proqramlarının icrası müzakirə olunub - FOTOLAR

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində Dövlət proqramlarının icrasının təmin edilməsi istiqamətində illik fəaliyyət planlarının yerinə yetirilməsi, mövcud çatışmazlıqlar və həyata keçirilə biləcək yeniliklərin müzakirəsinə dair iclas keçirilib. Nazirliyin mətbuat xidmətindən SİA-ya bildirilib ki, iclasda səhiyyə sahəsində həyata keçirilən Dövlət proqramlarının icra vəziyyəti, proqramlar çərçivəsində planlaşdırılan tədbirlərin reallaşdırılması, səhiyyə sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsinə dair məsələlər diqqət mərkəzində olub. Eyni zamanda onkoloji xəstələrin şiş əleyhinə əsas preparatlarla təminatı, Qan donorluğu və qan xidmətinin inkişafı, Vərəmlə mübarizə, Yoluxucu Xəstəliklərin İmmunoprofilaktikası, Ana və uşaq sağlamlığının yaxşılaşdırılması, HİV/AİDS-in qarşısının alınması və onunla mübarizə, Xroniki Böyrək çatışmazlığı, Şəkərli diabet xəstələri, eləcə də Hemofiliya və talassemiya kimi irsi qan xəstəlikləri üzrə Dövlət proqramlarının icrasına dair ətraflı müzakirələr aparılıb, cari vəziyyət və perspektiv istiqamətlər dəyərləndirilib.

Bununla yanaşı, proqramlar çərçivəsində həyata keçirilən tibb xidmətlərinin səviyyəsinin daha da yüksəldilməsi, tibbi avadanlıqların səmərəli istifadəsi, şəhər və regionlarda tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində aparılan işlər qiymətləndirilib. Sonda aidiyyəti qurumlara mövcud problemlərin aradan qaldırılması və tibbi xidmətlərin daha da təkmilləşdirilməsi istiqamətində tapşırıqlar verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə