…Bir çoxumuz tam nahardan sonra hələ də şirin bir şey istədiyi ilə qarşılaşdıq.
SİA-nın məlumatına görə, artıq elm adamları bu fenomeni izah edə biliblər.
…Maks Plank Metabolizma Tədqiqatları İnstitutu tərəfindən aparılan və “Science” jurnalında dərc edilən bir araşdırma, toxluq hissindən məsul olan beyin mexanizmlərinin də desert yemək istəyini tətiklədiyini aşkar edib.
…Siçanlar üzərində aparılan təcrübə göstərdi ki, yaxşı qidalanan gəmiricilər praktiki olaraq adi yeməyin əlavə hissəsinə maraq göstərmirlər, lakin tərkibində şəkərin yüksək faizi olan şirin qidaları həvəslə istehlak edirlər.
Bu anda onların beyninin müəyyən bir sahəsi aktivləşir və xoş hisslər yaradaraq endorfinlər ifraz olunur.
MRT müayinəsi zamanı şirin içki verilən insanlarda da oxşar proses müşahidə olunub.
Beyin fəaliyyəti göstərib ki, endorfin qəbul edən neyronlar mədədə dolğunluq hissi kimi şirniyyatlara mənfi reaksiyaları yatırır.
Müəlliflər həmçinin siçanlarda endorfin istehsalının qarşısının alınmasının şəkər istehlakının azalmasına səbəb olduğunu müəyyən ediblər.
Gələcəkdə beynin bu sahəsinə seçici təsir göstərə bilən, şirniyyata olan istəkləri idarə etməyə və həddindən artıq yeməyin qarşısını almağa kömək edən dərmanlar hazırlana bilər.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə