…İrvin Kaliforniya Universitetinin amerikalı alimləri sübut ediblər ki, ağrılı və ya stresli vəziyyətlərdə gülümsəmək xoşagəlməz hisslərin və gərginliyin öhdəsindən gəlməyə kömək edir.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, tədqiqat Journal of Positive Psychology (JPP) elmi jurnalında dərc olunub.
Təcrübədə 57 tələbə iştirak edib, onlar soyuq basma tapşırığını yerinə yetiriblər: əllərini iki dəqiqəyə qədər buzlu suda tutublar.
Onların ürək döyüntüləri və üz ifadələri sensorlar və videokameralar vasitəsilə qeydə alınıb. Tapşırıq zamanı gülümsəyən iştirakçılar gülümsəməyənlərə nisbətən daha az ürək döyüntülərinə (dəqiqədə 7-8 döyünmə) sahib olublar.
…Gülümsəmək narahatlığı idarə etməyə kömək edən təbii mübarizə mexanizmi ola bilər.
Bunu tədqiqatın müəllifi Djazlyn H. Luu bildirib.
…Təbəssüm dərhal ağrı hissini azaltmasa da, daha uzun müddət gülümsəyən iştirakçılar tapşırığı yerinə yetirdikdən sonra daha çox müsbət emosiyalar yaşadıqlarını bildiriblər. Tədqiqat üz ifadələrinin emosional vəziyyətlərə təsir etdiyini göstərən üz rəyi hipotezini dəstəkləyir.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə