Şəkidə ananın doğuşdan sonra ölümünün ilkin səbəbini açıqlanıb. SİA xəbər verir ki, TƏBİB-dən bildirilib ki, fevralın 14-də 1998-ci il təvəllüdlü qadın Şəki Perinatal Mərkəzə müraciət edib.
Ona "38 həftəlik hamiləlik, uşaqlıq üzərində iki çapıq" diaqnozu qoyulub və həmin gün saat 11:50-də cərrahi yolla doğuş prosesi icra olunub, sağlam körpə dünyaya gəlib.
Bildirilib ki, bir gün sonra günorta saatlarında qadının halı pisləşib, boğulmadan şikayət edib. Dərhal Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilən pasiyentə təxirəsalınmaz reanimasiyon tədbirlər göstərilib.
Həkimlərin çoxsaylı xilasetmə cəhdlərinə baxmayaraq, saat 14:15-də şəxsin ölüm faktı qeydə alınıb.
Meyit təşrih olunması üçün aidiyyəti üzrə təhvil verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə